Tarkan Moskvada konsert verdi - "Rus fanatları üçün darıxmışdım"

15 May 2019 12:17 (UTC+04:00)

Türkiyəli məşhur müğənni Tarkan Rusyanın paytaxtı Moskva şəhərində konsert verib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Türkiyə-Rusya Qarşılıqlı Mədəniyyət və Turizm ili çərçivəsində Moskvada konsert verən Tarkan izləyicilərin diqqətini üzərinə toplaya bilib.

Konsertə “10” adlı albomunun sevilən mahnılarından olan “Yolla” ilə başlayan Tarkan keçmiş albomları içərisində məşhur mahnıları ifa edib.

Tarkan uzun fasilədən sonra Moskvada konsert verdiyini bildirib və rus fanatları üçün darıxdığını deyib.

İki saat səhnədə qalan Tarkan göstərdiyi şoularla diqqətləri üzərinə çəkib.

Nigar CƏFƏR

AzNews.az