Azərbaycan 100 min “Kalaşnikov” avtomatı istehsal edib

15 May 2019 12:51 (UTC+04:00)

Azərbaycan Rusiyanın lisenziyası əsasında 100 min “AK-74M” "Kalaşnikov" avtomat silahı istehsal edib.

Bunu Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin nümayəndəsi Belarusun paytaxtı Minskdə keçirilən “MİLEX-2019” beynəlxalq silah və hərbi texnika sərgisində TASS agentliyinə bildirib.

Onun sözlərinbə görə, Azərbaycan "Kalaşnikov" avtomatlarını 2021-ci ilədək istehsal edəcək: “Ümumilikdə, 120 min ədəd “AK-74M” buraxılacağı ehtimal edilir”.

Sərgi mayın 18-dək davam edəcək.(report.az)

AzNews.az