Bakıda 70 yaşlı xəstənin öd kisəsindən "popkorn" çıxdı - FOTO

15 May 2019 13:11 (UTC+04:00)

Bakıda xəstənin öd kisəsindən popkorna oxşar daşlar çıxıb.

AzNews.az xəbər verir ki, uzun zaman öd kisəsi ağrılarından əziyyət çəkən 70 yaşlı xəstə həkimə müraciət edir. Həkim Ruslan Ağayev xəstəni əməliyyat edir. Əməliyyat zamanı xəstənin öd kisəsindən saysız-hesabsız popkorna bənzər daşlar bütün həkim briqadasının təəccübünə səbəb olub.

Həkim xəstənin öd kisəsində yığılan daşların 20 yaşı olduğunu deyib.

Bahar RÜSTƏMLİ

AzNews.az