İranlı nazirin kürəkəni iqtisadi cinayətkarlıqda ittiham edilir

15 May 2019 13:14 (UTC+04:00)

İranın İnvestisiya Bankının rəhbəri Hadi Rezayi rüşvət almaqda və külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

H.Rezayinin və daha 30 nəfərin Tehranda keçirilən məhkəmə prosesini davam edir. Tehranın prokuroru Rəsul Qəhramani bildirib ki, Hadi Rezayi 2012-ci ildən 2015-ci ilə kimi bankdan 1,07 trilyon rialı (25,5 milyon dollar) qanunsuz yollarla başa hesablara keçirərək mənimsəyib. Mənimsənilən pullarla H.Rezayi İranda və xarici ölkələrdə bahalı avtomobillər və daşınmaz əmlak alıb.

Qeyd edək ki, H.Rezayi İranın əmək, kooperasiya və əhalinin sosial müdafiə naziri Məhəmməd Şəriətmadərinin kürəkənidir.

İran qanunlarına əsasən bu tip cinayətlərə görə məhkəmə tərəfindən edam hökmü çıxarıla bilər.

Hələlik məhkəmə prosesi davam edir.(AZƏRTAC)

AzNews.az