Hicab ilk dəfə dünyanın ən dəbli əşyaları sırasında - FOTO

15 May 2019 13:24 (UTC+04:00)

ABŞ brendi “Nike” tərəfindən hazırlanan idman üslubunda olan “Pro Hijab” dünyadakı ən çox tələb olunan əşyalardan olub.

Bu barədə “The İndependent” yazır.

Müsəlman baş örtüyü analitik platforma “Lyst” tərəfindən ən dəbli əşyalar sırasında yeddinci yerdə qərarlaşıb:

“Bu, dəb sənayesindəki bir çox sosial-mədəni dəyişikliklərdən xəbər verir. Bu gün inklüziv geyimə tələb və ehtiyac yüksəkdir”, - deyə bildirilib.

Qeyd edək ki, “Nike” şirkəti hicabı 2017-ci ildə təqdim edib. Elastik və nəfəs alınması rahat geyim üç rəngdə (qara, boz və obsidian) təklif olunur.(oxu.az)

AzNews.az