Azərbaycandan Gürcüstana pul köçürmələri artıb

15 May 2019 13:58 (UTC+04:00)

Bu barədə Gürcüstanın Milli Bankı məlumat yayıb.

Aylıq müqayisədə Azərbaycandan qonşu ölkəyə pul köçürmələrinin həcmi 6,7% artıb.

Aprel ayında Gürcüstandan Azərbaycana isə 1,14 mln. dollar köçürülüb ki, bu da aylıq müqayisədə 26,7% çoxdur.

Ötən ay qonşu ölkəyə xarici ölkələrdən, ümumilikdə, 137,1 mln. dollar pul daxil olub. Bu göstərici illik müqayisədə 12,6 mln. dollar və ya 10,1% çoxdur.(report.az)

AzNews.az