“Münaqişələrin həlli üçün səy göstərməliyik” - Çavuşoğlu

15 May 2019 15:17 (UTC+04:00)

“Beynəlxalq ictimaiyyət öz mənafeyini üstün tutaraq dünyadakı bir sıra problemlərə göz yumur”.

Bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu tələbələrlə görüşü zamanı deyib.

O, bu baxımdan Ermənistan-Azərbaycan münaqişəsini, Krım, Abxaziya, Cənubi Osetiya kimi münaqişələri sadalayıb.

“Bunların hamısını həll etmək üçün səy göstərməliyik”,- deyə Türkiyə XİN əlavə edib.(ona.az)

AzNews.az