Sumqayıt əhalisinin sayı açıqlandı

15 May 2019 17:17 (UTC+04:00)

Dövlət Statistika Komitəsinin Sumqayıt şəhər şöbəsindən verilən məlumata görə, 2019 - ci ilin aprel ayının 1-nə olan məlumata görə, Sumqayıt şəhər ərazisinin əhalisi 343,5 min nəfər olub.

Bu göstəricilərə əsasən Sumqayıt şəhərində 306,8 min nəfər, Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 23,2 min nəfər, Corat qəsəbəsində isə 13,5 min nəfər əhali yaşayır. Bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 2500 nəfər və ya 0,7 faiz artıb.(ona.az)

AzNews.az