Mən olmasam, kimə baxıb ilham alardınız? - Səmra həmkarlarına söz atdı

15 May 2019 18:02 (UTC+04:00)

Sonuncu dəfə “Armas” klipi ilə gündəmə gələn müğənni Səmra Rəhimli sosial media hesabında həmkarlarına söz atıb.

AzNews.az xəbər verir ki, sənətçi İnstagram səhifəsində klipindəki obrazının maskasını paylaşaraq, onu kopyalayanların da cavabını verib:

“Bu maskanı anam öz əlləri ilə tikib, heç yerdən alınmayıb. Necə ki, bir çox geyimlərimi və klipdəki aksessuarları özü düzəldir. İndi gedin, görüm obrazlarımı birinci kim təkrarlayacaq? Çox gülməlisiz, mən olmasam, kimə baxıb, ilham alardınız? Yaxşı ki, Səmra var, bu şou-biznesə rəng qatır, fil qulağında yatanları isə oyadıb”.

Aynur

AzNews.az