Sumqayıtda arvadını öldürən şəxsə hökm oxundu

15 May 2019 18:56 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Yaqub Ağayevin işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 16 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il dekabrın 12-də Sumqayıt şəhəri, 11-ci mikrorayonun ərazisində baş verib. Şəhər sakini, 1992-ci il təvəllüdlü Ağayeva Aynurə Ramiz qızı ona vurulan çoxsaylı bıçaq zərbələri nəticəsində dünyasını dəyişib.

Cinayətin törədilməsində şübhəli qismində mərhumun həyat yoldaşı Ağayev Yaqub Şirin oğlu saxlanılıb.

Məlumata görə, Y.Ağayev həyat yoldaşını qısqanclıq zəminində öldürüb. O, gənc qadının bədəninə 40-a yaxın bıçaq zərbəsi endirib. Onların əksəriyyəti qadının boyun və baş nahiyəsində aşkarlanıb. (report)

AzNews.az