Tovuzda evdən 5000 manatlıq qızıl-zinət əşyaları oğurlandı - FOTO

15 May 2019 20:24 (UTC+04:00)

Tovuz rayonunda evdən qızıl-zinət əşyaları oğurlanıb.

Hadisə şəhərin İsa Musayev küçəsi, ev 8 ünvanında qeydə alınıb.

Ev sahibi Sahib Çoban oğlu İmanovun bildirdiyinə görə, mənzildə kimsə olmayan zaman şəxs və ya şəxslər evə daxil olaraq, ümumilikdə, 5000 manata yaxın dəyəri olan qızıl-zinət əşyalarını oğurlayıblar.

Məsələ ilə bağlı polisə məlumat verilib.

Faktla bağlı araşdırma aparılır. (report)

AzNews.az