Hindistanda terror aktı törədildi, yaralılar var

15 May 2019 20:47 (UTC+04:00)

Hindistanın cənub-şərqində terror aktı törədilib.

İnsident zamanı 6 nəfər yaralanıb. Onlardan 2-nin vəziyyəti ağırdır. Partlayış Assam ştatının Quvahati şəhərində törədilib. Terrorçular ticarət mərkəzinin yaxınlığına bomba qoyublar. Hadisəyə görə məsuliyyəti “Assamın azad olunması biləşmiş cəbhəsi” üzərinə götürüb.

Polis araşdırmalara başlayıb. (qafqazinfo)

AzNews.az