Gürcüstanda meşə yanğını baş verib

15 May 2019 21:08 (UTC+04:00)

Gürcüstanın Borjomi dərəsində yerləşən Sakire kəndi yaxınlığında meşə yanğını baş verib.

Dağ yamacında yanğının söndürülməsinə Sərhəd Polisinin helikopteri cəlb olunub.

Relyefin çətinliyindən texnikanın yanğın ocağına yaxınlaşması çətinləşib. Yanğının aradan qaldırılmasına Tbilisi, Borjomi, Axaltsixe və digər bölgələrdən 150-yə yaxın yanğınsöndürən cəlb olunub. (report)

AzNews.az