İsrail dindarları “Eurovison”a qarşı çıxdı

15 May 2019 21:46 (UTC+04:00)

İsrailin ortodoksal ravvinləri “Eurovision” mahnı müsabiqəsinə qarşı çıxıblar.

Onların fikrincə, Təl-Əvivdə keçirilən yarışma yəhudilərin müqəddəs şabbat gününü təhqir edir.

Müsabiqənin finalı mayın 18-də gün batandan sonra başlamasına baxmayaraq, məşq və hazırlıqlar səhərdən start götürəcək. Buna görə də bəzi yəhudilər həmin gün işləməli olacaq. Bu isə dini qaydalara görə qəti qadağandır. Ravvinlər onu da bəyan ediblər ki, bu cür təhqir yəhudilərin müqəddəs torpaqda yaşamaları üçün təhlükədir.

“Jerusalem Post”un məlumatına görə, dindarların sözügedən bəyanatına İsrailin Baş naziri Benyamin Netanyahu münasibət bildirib. Dövlət rəsmisi qeyd edib ki, hakimiyyət şabbatı təhqir etmək fikrində olmayıb. Baş nazir bildirib ki, “Eurovision” beynəlxalq müsabiqədir və iştirakçıların çoxu əcnəbidir. (qafqazinfo)

AzNews.az