İcra başçısına zərfdə güllə göndərdilər

15 May 2019 23:39 (UTC+04:00)

İtaliyanın Turin şəhərinin meri Kyara Appendinoya zərfdə güllə göndərilib.

O, bu barədə “Facebook” səhifəsində yazıb. Appendino bildirib ki, zərfi açanadək içərisindəkindən xəbəri olmayıb:

“Çox yaxşı bilirəm ki, məni qorxutmaq cəhdi heç bir effekt verməyəcək. Bu cür hərəkətlər məni öz vəzifəmi daha da əzmlə yerinə yetirməyə həvəsləndirir”. (qafqazinfo)

AzNews.az