4 yaşlı uşaq qazma quyuya düşərək həyatını itirdi

16 May 2019 09:16 (UTC+04:00)

Türkiyədə 4 yaşlı Mehmet Saki Kozacı su dolu qazma quyuya düşüb.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, hadisə Manisa şəhərinin Kırkağaç adlı ərazisində qeydə alınıb.

O, sudan çıxarılaraq xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

4 yaşlı Mehmet Saki Kozacının dostları onu son mənzilə gedərkən yalnız buraxmayıb və tabutun yanından bir dəqiqə belə ayrılmayıblar.

Nigar CƏFƏR

AzNews.az