Xoşbəxtliyin qiyməti açıqlandı - 475 min dolar

1 May 2013 22:10 (UTC+04:00)
Müasir insanın xoşbəxtliyi puldadır. Amerikanın Miçiqan Universitetinin mütəxəsislərinin apardığı araşdırmanın nəticələri belə söyləməyə əsas verib.


Mütəxəssislər hətta xoşbəxt ola bilmək üçün tələb edilən minimum məbləği də hesablayıblar. Belə ki, əgər illik gəlir 93 min 310 dollar təşkil edirsə o zaman az da olsa xoşbəxt olmaq mümkündür.

Mütəxəsislərin fikrincə, müasir insan daha kamfort şəraitdə yaşamaq istəyir ki, bunu da pulsuz təmin etmək mümkün deyil.

"The Daily Telegraph" yazıb ki, ancaq bu məbləğ də xoşbəxt olmaq üçün kifayət deyil. Əgər insan əsl xoşbəxtliyin dadını bilmək istəyirsə, illk gəliri 475 min 610 dollar olmalıdır.

Elnarə
AzNews.az