Bir dəfə də olsun, doğum günümü keçirməmişəm - Arif Quliyev

16 May 2019 10:45 (UTC+04:00)

Bu gün sevilən gülüş ustası, xalq artisti Arif Quliyevin doğum günüdür.

69 yaşlı aktyor AzNews.az-a açıqlamasında bu günə kimi heç bir doğum gününü keçirmədiyini deyib:

“Əgər ölməsəm, yaşasam 70 yaşımı qeyd edəcəm. Sağ olsun, dövlət mənə hər şey verib. Heç nədə gözüm yoxdur və heç kimdən nəsə gözləmirəm. Allah hamıya can sağlığı versin. Səhərdən telefonum susmur. Bunun özü mənim üçün xöşbəxtlikdir”.

Bahar RÜSTƏMLİ

AzNews.az