Azərbaycanda üçəm doğuldu

16 May 2019 10:48 (UTC+04:00)

Mayın 10-da ana Əsədova Kəsirənin dünyaya gətirdiyi körpələrin üçü də oğlandır. Onlardan biri 3 kilo 100 qram, ikisi isə 3 kq doğulub.

Üçəmlər ümummilli lider Heydər Əliyevin ad günündə dünyaya gəldiyi üçün ailə onlara Heydər, İlham və Arif adlarını verib. Hazırda ana və körpələrin vəziyyəti yaxşıdır.

Bu, ananın ikinci hamiləliyidir.(qafqazinfo.az)

AzNews.az