İran Çinə neft ixrac etdi - ABŞ sanksiyalarından yan keçməklə

16 May 2019 11:06 (UTC+04:00)

İran ABŞ sanksiyalarından yan keçməklə Çinə neft satıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə məlumatı Reuters yayıb.

Agentliyin məlumatına görə, Marshal Z tankeri Çinin Çjouşan şəhəri yaxınlığındakı limanda İranın 130 min ton neft məhsulunu boşaldıb.

Qeyd edildiyi kimi, İran neftinin Çinə tədarükü bir neçə ay çəkib.

Bu zaman yük dörd fərqli gəmidən bir-birinə ötürülüb.

ABŞ bir müddət öncə bəyan etmişdi ki, İran üzərində qələbə qazanmaq üçün sadəcə iki dəfə bombardman həyata keçirmək kifayətdir.

Babək Göyüş

AzNews.az