Bakıda "Nissan" avtomobili yandı

16 May 2019 11:17 (UTC+04:00)

Bakıda “Nissan” markalı avtomobil yanıb.

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Yasamal rayonunda "Nissan" markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

AzNews.az