Rusiyalı qadın Bolqarıstanda saxlanıldı - İnterpol axtarırmış

16 May 2019 11:15 (UTC+04:00)

Bolqarıstan polisi Rusiya vətəndaşını dələduzluq işinə görə saxlayıb.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi yayıb.

Agentliyin məlumatına görə, söhbət Rusiya hakimiyyətinin İnterpol vasitəsilə axtardığı qadından gedir.

Qeyd edildiyi kimi, Bolqarıstan məhkəməsi saxlanılan şəxsin vətənə ekstradisiyası barədə Rusiyanın sorğusuna baxacaq.

Rusiyalı qadın Sveti Vlas kurortunda suvenir mağazasının sahibi olub.

Babək Göyüş

AzNews.az