“Azərbaycan inkişafın yeni mərhələsindədir”

16 May 2019 12:07 (UTC+04:00)

Azərbaycan inkişafın yeni mərhələsindədir, ölkədə islahatlar uğurlar reallaşdırılır, iqtisadiyyat liberallaşdırılır və genişlənir.

Bunu Nəqliyyat, Rabitə və Yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bank işində və ödəniş ekosistemində yeni tendensiyalar: innovativ həllər, maliyyə texnologiyaları və təhlükəsizlik” mövzusunda FINTEX sammitində deyib.

O bildirib ki, ölkədə ixrac potensialının güclənməsi, əlverişli investisiya mühitinin formalaşması, innovasiya texnologiyaların inkişafı üzrə ciddi iş aparılır:

“Hazırda ölkənin maliyyə texnologiyaları sektorunda müxtəlif startaplar və iri şirkətlər fəaliyyət göstərir”.

Nazir maliyyə texnologiyaları bazarının iştirakçıları arasında ciddi rəqabəti də xüsusi vurğulayıb.(trend.az)

AzNews.az