"PSJ"nin hücumçusunun avtomobili oğurlandı - 200 min avro

16 May 2019 12:28 (UTC+04:00)

"PSJ"nin hücumçusu Edinson Kavaninin təxminən 200 min avro dəyərində avtomobili oğurlanıb.

AzNews.az Rusiya mediasına istinadən xəbər verir ki, bu haqda məlumatı L'Equipe nəşri yayıb.

Məlumata görə, qaçırma olayı Sen rayonunda baş verib. Hüquq-mühafizə orqanlarının əməkdaşları nəqliyyat vasitəsini tez bir zamanda tapıb sahibinə qaytarıblar.

Avtomobil Saint-Deni departamentinnin Le-Burger ərazisində tapılıb.

Polisin versiyasına görə, oğru avtomobili xaricə göndərməyə hazırlaşırmış.

Qeyd olunur ki, təcavüzkar artıq həbs olunub.

Babək Göyüş

AzNews.az