Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin inauqurasiya mərasimi mayın 20-də keçiriləcək.
Tarixlə bağlı qərarı ölkənin Ali Radası verib.
Qeyd edək ki, martın 31-də Ukraynada prezident seçkilərinin birinci, aprelin 21-də isə ikinci turu keçirilib. Aprelin 30-u Ukraynanın Mərkəzi Seçki Komissiyası V.Zelenskini rəsmi olaraq prezident seçkilərinin qalibi elan edib.
İkinci turda V.Zelenski 73,22 faiz, hazırkı prezident Petro Poroşenko isə 24,45 faiz səs toplayıblar.(trend.az)
AzNews.az