Bundesliqa klubu türk futbolçu transfer etdi

16 May 2019 12:44 (UTC+04:00)

Bundesliqa təmsilçisi ikinci liqada mübarizə aparan “Holştayn Kil”in türk əsilli futbolçusu Atakan Karazoru heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

22 yaşlı futbolçu ilə müddəti 2023-cü ilin iyul ayında başa çatacaq 4 illik müqavilə imzalanıb.

“Boxum” və Dortmund “Borussiya”sının aşağı yaş qrupları üzrə komandalarında oynamış Atakan, “Holştayn Kil”də 2017/18 mövsümünün əvvəlindən forma geyinirdi.

O, bu komanda ilə cari mövsümdə 21 oyuna çıxıb, 2 qol vurub.(qafqazinfo.az)

AzNews.az