Günay məni öldürtmək üçün adam tutub - Tolga Kareldən azərbaycanlı modelə cavab

16 May 2019 13:03 (UTC+04:00)

Türkiyədə yaşayan Azərbaycanlı model Günay Musayevanın keçmiş əri Tolga Karellə bağlı verdiyi açıqlamaya cavab gəlib.

AzNews.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, yaxın günlərdə Kanal D-də yayımlanan “2.Sayfa” verilişinə qonaq olan Günay Musayeva keçmiş əri Tolga Karel haqqında danışaraq aliment vermədiyini və oğlunu görməyə gəlmədiyindən danışıb.

Tolga Karelin Günay Musayevaya cavabı gecikməyib. Tolga Günayın onu öldürmək üçün adam tutduğunu deyib.

Aktyor “Günay məni öldürmək üçün adam tutduğunu, həmin adamın hal hazırda həbsdə olduğunu dedi? Və ya "Bir şərtlə boşanaram, məni Türkiyə vətəndaşı et" deyib boşanma müddətimizi bir il uzatdığını deyib? Türkiyədəki evimi kirayə vermişəm. Həmin evdə yaşayan adamlar zəng edir ki, evdən cadu tapmışıq. Allaha şükür edirəm ki, məni belə qadından xilas etdi. Cihangir mənim oğlumdur və gün gələcək ki, o, gerçəkləri öyrənəcək. O zaman anasının yanında bir dəqiqə belə qalmayacaq. Vaxtı gələndə Cihangir doğru yolu görəcək, həmin günə qədər səbr edirəm” deyib.

Qeyd edək ki, cütlük 4 illik evliliklərini 2015-ci ildə bitirib. Onların bu evlilikdən Cihangir adlı oğulları var.

Nigar CƏFƏR

AzNews.az