Gürcüstanda mədənçilər tətil elan etdilər

16 May 2019 12:50 (UTC+04:00)

Gürcüstanın Çiatura şəhərində mədənçilər tətil elan ediblər.

Onlar əməkhaqlarının artırılması və iş şəraitinin yaxşılaşdırılmasını tələb edirlər.

Etirazçılar “Gürcüstan manqanı” şirkətinin nümayəndələri ilə görüşsələr də, razılıq əldə olunmayıb.

Mədənçilər tətili davam etdirmək qərarına gəliblər.(report.az)

AzNews.az