İstanbulda avtoxuliqan 7 şagirdi maşınla vurdu

16 May 2019 12:54 (UTC+04:00)

İstanbulun Büyükçekmece rayonunda dar küçədə avtoxuliqan 7 şagirdi vurub.

Dar küçədə avtomobilinin təkərlərinin sürüşdüyünü iddia edən sürücü 5-i qız, ikisi oğlan olmaqla 7 şagirdi divara sıxışdıraraq əzib.

Hadisədən sonra şagirdlər təcili yardım maşını ilə xəstəxanaya çatdırılıblar, hazırda həyati təhlükələri yoxdur.

Sürücü saxlanılıb.(ona.az)

AzNews.az