Erməni qadın alıcıları zəhərləmək istədi
2 May 2013 07:21 (UTC+04:00)
Kaloforniyada 50 yaşlı erməni olduğu güman edilən Raminə Behbexanyan adlı qadın həbs edilərək zəhərlənmə vasitəsilə ölümə səbəb olacaq hərəkətlərdə ittiham edilir.
Məsələ burasındadır ki, qadın mağazalardan birinin açıq vitrininə öldürücü spirtlə dolu olan iki təbii şirə butulkası qoyub.
Alıcılardan biri qadının butulkaları çantasından çıxararaq mağazanın açıq soyuducu vitrininə qoyduğunu gördüyünü bildirib.
Bu barədə mağazanın menecerinə məlumat verildiyini görən qadın oradan qaçıb.
Ancaq qadının idarə etdiyi maşının nömrə nişanını götürmək mümkün olub və polis bu vasitə ilə onu həbs edib.
Xoşbəxtlikdən qadının qoyduğu butulkalardan heç kəs şirə içməyib.
Elnarə
AzNews.az