Jezniçak karyerasını bitirir?

16 May 2019 13:29 (UTC+04:00)

“Qarabağ”ın bir müddət əvvəl mövsümün sonunda komandadan ayrılacağını açıqladığı Yakub Jezniçak karyerasını bitirə bilər.

Bu barədə polşalı müdafiəçi “Tvitter” hesabından məlumat yayıb.

Jezniçak, “Pyast”ın bu mövsüm Polşada çempion olacağı təqdirdə, karyerasını bitirəcəyinə dair dostuna söz verdiyini deyib.

Polşa çempionatında “Pyast” sona bir tur qalmış 69 xalla liderdi.(qafqazinfo.az)

AzNews.az