Pakistanda bankda partlayış - Yaralılar var

16 May 2019 14:17 (UTC+04:00)

Pakistanın Pəncab əyalətindəki Sadiqabad şəhərində bir özəl bankın şöbəsində güclü partlayış baş verib.

GeoTV xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb, bankın binası isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri xilasetmə və axtarış tədbirləri görüb, xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin ehtimala görə, hadisə qaz balonunun partlaması səbəbindən olub.(report.az)

AzNews.az