Gürcüstanda hərbçi intihar etdi

16 May 2019 14:25 (UTC+04:00)

Gürcüstan Milli Qvardiyasının hərbçisi, 1985-ci il təvəllüdlü Paata Çxaidzenin mayın 15-də yaşadığı evdə meyiti aşkar olunub.

Bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hadisə yerində ov tüfəngi tapılıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.(report.az)

AzNews.az