General-polkovnik Ramil Usubovun əmri ilə, Neftçala rayon Polis Şöbəsi xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı Duxtar Sultanov təqaüdə göndərilib. Onun yerinə isə, Neftçala rayon Polis Şöbəsinin xidmət üzrə baş inspektoru, polis polkovnik-leytenantı Cəbrayıl Əhmədov təyin edilib.
Xəbəri Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin Şirvan şəhərindəki regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul məlumatı təsdiqləyib.(unikal.org)
AzNews.az