Cəlilabadda qeyri-adi kartof yetişdi - FOTOLAR

16 May 2019 14:34 (UTC+04:00)

Cəlilabad rayonunda fərdi təsərrüfatda qeyri-adi formalı kartof yetişib.

Hadisə rayonun Bədirli kəndində, Həsən Quliyevin təsərrüfatında qeydə alınıb.

Fermer uzun illərdir kartof əkini ilə məşğul olsa da, ilk dəfədir təsərrüfatında ürək formasında kartof yetişdiyini bildirib.

O həmçinin qeyd edib ki, kartof görənlərin təəccübünə səbəb olur.

Qeyd edək ki, Cəlilabad rayonu Azərbaycanda kartofçuluq rayonu kimi tanınır.

Təkcə bu il Cəlilabaddan Rusiya bazarlarına 25 min ton kartof ixrac olunub.(report.az)

AzNews.az