Elgiz Əkbər: Gülnarı qucağıma alıb, divana atdım, ürəyi getdi - VİDEO

16 May 2019 15:35 (UTC+04:00)

Aparıcı Elgiz Əkbər bir neçə il öncə rejissor Sərxan Kərəmoğlunun filmində rol almasından danışıb.

AzNews.az xəbər verir ki, o, “Səhər-səhər” proqramında mərhum Əməkdar artist Gülnar Salmanova ilə çəkildiyini səhnədə xoşagəlməz hadisə ilə üzləşdiyindən bəhs edib.

“Sərxan mənə dedi ki, bir şey elə, əsəbini nümayiş etdir. Mən də improvizə etdim. Obraza görə restoran müdiri idim. Onu götürdüm qucağıma, atdım divana, qadının ürəyi getdi. Bilmirdim ki, şəkər xəstəsidir. Həmin filmdə təcili yardım gəlir. Səhnələrin hamısı real idi. Yazdılar ki, Gülnar Salmanovanı qətlə yetirdilər”.

Aynur

AzNews.az