“Radikal müxalifəti xalq tərbiyəli etməlidir”

16 May 2019 16:13 (UTC+04:00)

"Radikal müxalifəti xalq tərbiyəli etməlidir. Çünki onlar xalqdan səs gözləyirlər. Xalqsa, səsini kimə vermək lazım olduğunu hamıdan yaxşı bilir".

Bunu Baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov deyib.

"İstərdim ki, radikal müxalifət "Radikal müxalifət" adını öz üzərlərindən götürsün. Dünyanın hər bir yerində radikalçılıqdan həm cəmiyyət, həm xalq, həm də dövlət həmişə ziyan çəkib. İstəməzdim ki, Azərbaycanın müxalifətinin hansısa bir hissəsi radikal olsun. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi müxalif dairələr radikallığı ilə bəlkə də fəxr etmək dərəcəsində səhvə yol verir. Radikallıq böyük bir faciə və nöqsandır. Bunun aradan qaldırılması Azərbaycan xalqının və vətəndaşlarının üzərinə düşən vəzifədir"-deyə Ə.Əhmədov qeyd edib.(report.az)

AzNews.az