Aslan İsmayılov Şahsuvarlı ilə debat haqda: “Bir-iki günə...”

16 May 2019 16:46 (UTC+04:00)

Bu sözləri vəkil Aslan İsmayılov AzNews.az saytının baş redaktoru, jurnalist Taleh Şahsuvarlının onu debata dəvət etməsi haqda danışarkən deyib.

O bildirib ki, T.Şahsuvarlının debat dəvəti ilə bağlı yaxın günlərdə daha geniş açıqlama verəcək:

“Yaxın günlərdə açıqlama verəcəyəm, ancaq mənim davam Taleh Şahsuvarlılarla deyil. Onlarla bir hektarda gəzmək belə istəmərəm. Ümumiyyətlə, mən peşmanam ki, Azərbaycan kimi ölkədə belə insanlar yaşayır”.

Xatırladaq ki, T.Şahsuvarlı A.İsmayılovu debata dəvət edib. O bildirib ki, iqtidara və müxalifətə məsafəsindən asılı olmayaraq, istənilən TV-də Vəkillər Kollegiyasından xaric edilmiş Aslan İsmayılovla debata çıxmağı Azərbaycan davası müstəvisində özünə borc hesab edir. (Axar.az)

AzNews.az