Merkel siyasətdən getmək qərarına gəldi

16 May 2019 16:58 (UTC+04:00)

Almaniya kansleri Angela Merkel bildirib ki, 2021-ci ildən sonra siyasətdən getməyi planlaşdırır.

AzNews.az xəbər verir ki, bu haqda məlumatı TASS agentliyi yayıb.

Onun sözlərinə görə, o, "harada olursa-olsun" siyasi vəzifə tutmaq niyyətində deyil.

Merkel, həmçinin əlavə edib ki, AFR kansleri postunda səlahiyyət müddəti başa çatdıqdan sonra siyasi karyerasını bitirəcək.

Bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker demişdi ki, Merkel Avropa İttifaqında rəhbər postunu tuta bilər.

Babək Göyüş

AzNews.az