Gürcüstanda meşə yanğını söndürüldü

16 May 2019 17:21 (UTC+04:00)

Gürcüstanda Borjomi dərəsində baş vermiş meşə yanğını tam söndürülüb.

Yanğın nəticəsində 2,5 hektar sahə yanıb.

Yanğının söndürülməsinə cəlb olunan helikopter 24 uçuş edərək 48 ton sudan istifadə edib.

Hazırda yanğın ərazisində profilaktik tədbirlər həyata keçirilir.(report.az)

AzNews.az