Misirdə 47 xüsusi təhlükəli ekstremist məhv edildi

16 May 2019 17:29 (UTC+04:00)

Son vaxtlar Misir Silahlı Qüvvələrinin polislə birlikdə Sinay yarımadasının şimalında və mərkəzi hissəsində apardığı antiterror əməliyyatı zamanı 47 xüsusi təhlükəli ekstremist məhv edilib.

Əməliyyat zamanı terrorçuların istifadə etdikləri sığınacaqlar və nəqliyyat vasitələri məhv edilib, 385 partlayıcı qurğu zərərsizləşdirilib, külli miqdarda silah və hərbi sursat, habelə partlayıcı maddə müsadirə olunub, müxtəlif cinayətlərin törədilməsində şübhəli bilinən 100-dən çox adam tutulub.

Bəyanatda deyilir ki, antiterror əməliyyatı zamanı Misirin üç hərbi qulluqçusu həlak olub.(AZƏRTAC)

AzNews.az