Təmsilçimiz Təl-Əviv Expo Mərkəzinə yola düşdü - VİDEO

16 May 2019 17:53 (UTC+04:00)

Bu gün Təl-Əvivdə “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutacaq.

AzNews.az xəbər verir ki, təmsilçimiz Təl-Əviv Expo Mərkəzinin səhnəsinə yola düşüb. Bu haqda sosial şəbəkədə aparıcı Tunar Musayev video paylaşıb.

Müsabiqənin ikinci yarımfinalında 18 ölkə - Azərbaycan, İsveçrə, Danimarka, Ermənistan, İrlandiya, Moldova, Latviya, Rumıniya, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland və Şimali Makedoniyanın təmsilçiləri iştirak edəcəklər.

Təmsilçimiz Çingiz Mustafayev 18 nömrə altında səhnəyə çıxacaq.

Rəqsanə

AzNews.az