23 yaşlı gənci ilan vurdu

16 May 2019 17:37 (UTC+04:00)

Qazax rayonunda 23 yaşlı gənci ilan sancıb.

Qazax rayon sakini, 1996-cı il təvəllüdlü Elmir Abduləzimlini iş zamanı ilan sancıb.

O, Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.(report.az)

AzNews.az