Alsunun qızının qalib gəldiyi müsabiqənin nəticələri ləğv olundu

16 May 2019 17:43 (UTC+04:00)

Rusiyanın Birinci kanalı müğənni Alsunun qızı Mikella Abramovanın qalib gəldiyi “Qolos” mahnı müsabiqəsinin final nəticələrinin ləğv olunması ilə bağlı qərar çıxarıb.

Bu barədə TASS məlumat yayıb.

“Birinci kanal “Qolos. Deti” layihəsinin altıncı mövsümünün final nəticələrini ləğv etməyi qərara alıb”, - deyə telekanalın bəyanatında deyilir.

Telekanaldan bildirilib ki, səsvermə nəticələrinin yenidən yoxlanılması hansısa şəxslərin məsuliyyətə cəlb olunması məqsədi daşımayıb.

Bundan əvvəl Alsunun qızının qalib gəldiyi “Qolos. Deti” müsabiqəsində SMS-lərin avtomatik göndərilməsi qeydə alınıb. Belə ki, 300-ə yaxın telefondan Mikellanın iştirak etdiyi nömrəyə səkkiz mindən çox avtomatlaşdırılmış SMS göndərilib.(oxu.az)

AzNews.az