Gəncədə piyadanı maşın vuraraq öldürdü

16 May 2019 18:24 (UTC+04:00)

Gəncədə qadın piyadanı avtomobil vuraraq öldürüb.

Mayın 16-da səhər saatlarında yolu qarşı tərəfə keçmək istəyən gənc qadını avtomobil vurub. Yaralı hadisəni törədən sürücü tərəfindən xəstəxanaya aparılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. (report)

AzNews.az