İngiltərəli oyunçunun Bakıdakı finalda iştirak etməyəcəyi dəqiqləşdi

16 May 2019 19:20 (UTC+04:00)

İngiltərənin "Çelsi" komandasının futbolçusu Ruben Loftus-Çikin Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirak etməyəcəyi dəqiqləşib.

ABŞ-ın "New England Revolution" kollektivi ilə yoldaşlıq görüşündə zədələnən 23 yaşlı yarımmüdafiəçinin durumuna aydınlıq gəlib.

Tibbi müayinədən sonra ingiltərəli oyunçunun 5-9 aya qədər yaşıl meydanlardan kənarda qalacağı müəyyənləşib.

ABŞ komandası ilə görüş London klubunun 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, “Çelsi” mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq finalda “Arsenal” ilə qarşılaşacaq. Ruben Loftus-Çik cari mövsüm İngiltərə Premyer Liqasında 24 oyuna 6 qol vurub. (report)

AzNews.az