Hərbi Hava Qüvvələrinin hissə və bölmələrinin peşəkarlığı artırılır - VİDEO

16 May 2019 19:34 (UTC+04:00)

2019-cu ilin döyüş hazırlığı planına əsasən, Hərbi Hava Qüvvələrinin (HHQ) hissə və bölmələri arasında “Ən yaxşı heyət” və “Ən yaxşı kiçik mütəxəssis” adı uğrunda yarışlar keçirilib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, qoşunların silahlanmasında olan müxtəlif döyüş texnikasının heyət və ekipajlarının cəlb olunduğu yarışlarda şəxsi heyətin döyüş tapşırıqlarını yerinə yetirməsi üzrə nəzəri bilikləri, praktiki vərdişləri və fiziki hazırlıqları yoxlanılıb.

Sonda normativləri yüksək səviyyədə yerinə yetirən heyətlər komandanlıq tərəfindən mükafatlandırılıb.

AzNews.az