Bakıda naməlum şəxslər yeniyetmə oğlanı küçədə qarət etdi

16 May 2019 22:08 (UTC+04:00)

Bakıda gənc oğlan küçədə qarət olunub.

Hadisə paytaxtın Xətai rayonu Sarayevo küçəsində baş verib. 2002-ci il təvəllüdlü Hüseynov Cavad Mamed oğlu Sarayevo küçəsi, 13 saylı binanın qarşısında 3-4 nəfər tanımadığı şəxs tərəfindən basqına məruz qalıb.

Həmin şəxslər yeniyetmənin mobil telefonunu götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır. (trend)

AzNews.az