Azərbaycan finala vəsiqə qazandı - FOTO

17 May 2019 02:20 (UTC+04:00)

Təl-Əvivdə “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.

AzNews.az xəbər verir ki, təmsilçimiz Çingiz Mustafayev Təl-Əviv Expo Mərkəzinin səhnəsinə 18-ci nömrə altında çıxış etdi. Müsabiqənin ikinci yarımfinalında 18 ölkə - Ermənistan, İrlandiya, Moldova, İsveçrə, Latviya, Danimarka, Moldova, Rumıniya, Avstriya, Xorvatiya, Malta, Litva, Rusiya, Albaniya, Norveç, Niderland, Şimali Makedoniya və Azərbaycan təmsilçiləri iştirak ediblər.

Onlardan on ölkə Azərbaycan, Rusiya, Malta, Albaniya, Danimarka, Norveç, İsveçrə, Malta və s. finala vəsiqə qazanıblar.

Müsabiqənin aparıcıları Erez Tal, Bar Rafaelle, Assi Araz, Lüsi Əyyubdur.

Qeyd edək ki, "Eurovision 2019" mahnı müsabiqəsinim final mərhələsi mayın 18-də baş tutacaq. Çingiz Mustafayev ölkəmizi "Truth" mahnısı ilə təmsil edir.

Rəqsanə
AzNews.az