Xəbər verdiyimiz kimi Təl-Əvivdə “Eurovision 2019” mahnı müsabiqəsinin ikinci yarımfinalı baş tutub.
AzNews.az xəbər verir ki, ikinci yarımfinaldan sonra finala vəsiqə qazanan ölkələr arasında mətbuat konfransı keçirilib. İştirakçıların püşkatma nəticəsində finalda iştirakı müəyyənləşib.
Təmsilçimiz Çingiz Mustafayev mayın 18-də baş tutacaq finalın ikinci hissəsində səhnəyə çıxacaq. O, mətbuat nümayəndələrinin sualını cavablandıraraq finalda əlindən gələni edəcəyini açıqlayıb.
Qeyd edək ki, Çingiz Mustafayev ölkəmizi "Truth" mahnısı ilə təmsil edir.
Rəqsanə
AzNews.az